Biləcəridəki dəhşətli qəzada ölənlərin sayı ARTDI – FHNbackend

Biləcəridəki dəhşətli qəzada ölənlərin sayı ARTDI – FHN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi rayonu ərazisi yerləşən Biləcəri körpüsündə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı iki nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi Toğrul Mehdiyev jurnalistlərə açıqlamasında məlumat verib.

Bakupost.az

Bakupost.az

***

Xəbər verdiyimiz kimi, Biləcəri dairəsində yük maşını körpüdən aşağıda hərəkətdə olan minik avtomobillərinin üzərinə düşərək ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.

Hadisə ilə bağlı TƏBİB-dən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 06.09.2025-ci il tarixində saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verdiyindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:

“Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) tibb müəssisəsinə hospitalizasiya olunur.

1 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Əlavə məlumat veriləcək”.

****

Bakupost.az xəbər verir ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli hadisə ilə bağlı açıqlama verib:

“Sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”- deyə o, bildirib.

***

10:09

Biləcəri dairəsində ağır yol – nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, yük maşını körpüdən aşağıda gedən minik avtomobillərinin üzərinə düşüb.
Nəticədə bir neçə avtomobil tamamilə yararsız vəziyyətə düşüb, xəsarət alanlar var.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri və təcili tibbi yardım avtomobilləri cəlb edilib.
İlkin məlumata görə, 1 nəfərin öldüyü bildirilir.