Fransalı gənc velosipedçi Noa Sartis ölkənin şimal-qərbində keçirilən yarış zamanı vəfat edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
16 yaşlı idmançının ölümünə ürəyinin dayanması səbəb olub.
Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, cəhdlər uğursuz alınıb.