BRICS-ə daxil olan dövlətlər Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələlərdə əməkdaşlığı davam etdirmək niyyətlərini ifadə ediblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti “CCTV”-yə istinadən məlumat yayıb.
“ Tərəflər, həmçinin, Ukrayna böhranı və Qəzza sektorundakı münaqişə kimi kəskin məsələlər üzrə qarşılıqlı fəaliyyəti dəstəkləmək barədə razılığa gəliblər”, – məlumatda qeyd olunub.
Bundan əlavə, birliyin iştirakçıları Ukrayna məsələsində “sülh dostları” rolunu həyata keçirməyə razılaşıblar.