Lula da Silva: İkinci dərəcəli sanksiyalar dost ölkələrin ticarətini məhdudlaşdırırbackend

Lula da Silva: İkinci dərəcəli sanksiyalar dost ölkələrin ticarətini məhdudlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci dərəcəli sanksiyalar ölkələr arasında ticarət əlaqələrinin güclənməsinə mane olur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luis İnasio Lula da Silva bildirib.

“Ekstraterritorial tədbirlərin tətbiqi institutlarımıza təhdid yaradır, ikinci dərəcəli sanksiyalar isə dost ölkələr arasında ticarəti gücləndirmək azadlığımızı məhdudlaşdırır. ‘Parçala və hökm sür’ – bu, birtərəfli addımların yeni strategiyasıdır. BRICS isə göstərməlidir ki, əməkdaşlıq hər şeydən üstündür”, – deyə Braziliya lideri vurğulayıb.