Layihə gənclərə innovativ imkanlar vəd edir, amma icrası sual altındadırbackend

Layihə gənclərə innovativ imkanlar vəd edir, amma icrası sual altındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Məşğulluq Agentliyi “Yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və mövcud peşə və kvalifikasiya standartlarının yenilənməsi xidmətlərinin satın alınması” ilə bağlı tenderin nəticələrini açıqlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib “BİS CO” MMC olub.

Tərəflər arasında bağlanacaq müqavilənin dəyəri 1 milyon 377 min 237 manat təşkil edir.

Layihə çərçivəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, informasiya-kommunikasiya texnologiyaları, ticarət və biznesin idarə olunması, nəqliyyat və logistika sahələri üzrə yeni peşə və kvalifikasiya standartları hazırlanacaq.

Hazırlanacaq ixtisaslar arasında Meşə əkin mühəndisi, Server interfeysinin proqramlaşdırılması üzrə mütəxəssis, Rəqəmsal məlumat bazasının infrastruktur mühəndisi, UI/UX dizayneri, Motion qrafik dizayneri, Coğrafi İnformasiya Sistemləri (CİS) üzrə mühəndis, Bioinformatik, Bulud memarı, Ağıllı idarəetmə sistemləri üzrə mühəndis, Biotexnologiya üzrə mühəndis, Rəqəmsal kitabxana üzrə mühəndis, CRM mütəxəssisi, Elektrik nəqliyyat vasitələri üzrə mütəxəssis, Maşinist təlimatçısı və digər peşələr yer alır.

Yeni standartlar əmək bazarının müasir tələblərinə uyğun peşə hazırlığının təmin olunmasına, gənclərin innovativ sahələrdə ixtisaslaşmasına və iş imkanlarının artırılmasına xidmət edəcək.