Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan məhkəmə iclasından öncə jurnalistlərin suallarını cavablandırıb.
NOCOMMENT.az globalinfo-ya istinadən xəbər verir ki, Sərkisyan Ermənistan xalqının hazırkı hökumətə qarşı ayaqlanmalı olduğunu deyib.
O, ölkədə rejim dəyişikliyi məsələsinin hər zaman aktual olduğunu bildirib:
“Buna nail olmağın ən başlıca yolu impiçmentdir. Nepalda xalqın hökuməti devirməsi və Fransada davam edən iğtişaşlara nəzər yetirmək lazımdır. Xalqın etimadını qazanmayan hökuməti devirməyin iki yolu var, o da bunlardır. Bəs indi biz xalqımıza nə təklif edə bilərik?”