Kursk vilayətinin qubernatorunun keçmiş müavini Aleksey Dedov Moskva məhkəməsində göz yaşlarını saxlaya bilməyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, milyard rublun mənimsənilməsində ittiham olunan Dedov Moskvanın Meşçanski məhkəməsində öz xidmətlərindən və ailəsindən danışıb. O, həyat yoldaşından bəhs edərkən kövrəlib və çıxışına bir müddət fasilə verib.
Məhkəmə Dedovu xüsusilə böyük miqdarda dələduzluq ittihamı ilə həbs edib. İstintaqın qənaətinə görə, vəsaitlər sərhəddə müdafiə qurğularının tikintisi üçün ayrılmış büdcə pullarından oğurlanıb.
Bu arada Rusiya DİN bildirib ki, Kursk vilayətinin iki kəndində – Tetkino və Popovo-Lejaçi (Qluşkov rayonu) – müdafiə qurğularının hazır olma səviyyəsi cəmi 10% təşkil edir.