Kaladze: Almaniya səfiri Gürcüstanda bütün “qırmızı xətləri” keçibbackend

Kaladze: Almaniya səfiri Gürcüstanda bütün “qırmızı xətləri” keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim “Gürcü Arzusu — Demokratik Gürcüstan” Partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze Almaniyanın Gürcüstandakı səfiri Peter Fișeri yerli radikalları dəstəkləməkdə ittiham edib və onun “qırmızı xətləri keçdiyini” bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb.

“Bu şəxsi səfir adlandırmaq digər diplomatlara qarşı təhqirdir. O, səfir deyil, bütün ‘qırmızı xətləri’ keçib, diplomatiyanın bütün qaydalarını pozur”, – deyə Kaladze bildirib.

O həmçinin əlavə edib ki, Fișer “ölkənin daxili siyasi proseslərinə qarışır, ekstremizmi, qarşıdurmanı və cəmiyyətdə parçalanmanı təşviq edir”.