Dohada partlayışlar BMT iclasının tarixini dəyişdirdibackend

Dohada partlayışlar BMT iclasının tarixini dəyişdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasını 11 sentyabra təxirə salmağı xahiş edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti mənbəyə istinadla məlumat yayıb.

Bildirilir ki, iclasa Qətərin baş naziri Məhəmməd bin Əbdərrahman Əl-Tani də qatıla bilər.

BMT Təhlükəsizlik Şurasının iclası əvvəlcə 10 sentyabr tarixinə planlaşdırılmışdı.

9 sentyabrda Dohada bir neçə partlayış baş verib. Hadisənin səbəbi İsrail hərbçilərinin radikal Fələstin qruplaşması HƏMAS-ın qərargahına endirdiyi zərbə olub. Həmin vaxt qərargahda qruplaşmanın rəhbərliyi iclas keçirirmiş.