Avropa Məhkəməsi iş adamı Roman Abramoviçin ona tətbiq olunmuş Avropa İttifaqı sanksiyalarının ləğvi ilə bağlı apelyasiyasını rədd edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti məhkəmə qərarına istinadla məlumat yayıb.
Qərarda bildirilir:
1. Apelyasiya rədd edilsin.
2. Roman Arkadyeviç Abramoviç həm öz xərclərinə, həm də Aİ Şurasının xərclərinə cavabdehdir.
3. Avropa Komissiyası öz xərclərinə görə məsuliyyət daşıyır.
Qeyd edək ki, Abramoviç 10 mart 2022-ci ildən Böyük Britaniyanın sanksiyaları altındadır, 15 mart 2022-ci ildən isə Avropa İttifaqının sanksiyaları tətbiq olunub. Avropa İttifaqı onu “Vladimir Putin ilə uzun və yaxın əlaqələri olan Rusiya oliqarxı” kimi qiymətləndirib. Həmçinin onun üzərinə Kanada, Avstraliya, İsveçrə, Yeni Zelandiya və Ukrayna tərəfindən də məhdudiyyətlər qoyulub.