Ukrayna Xarici İşlər Nazirliyi İsrail ordusunun Dohaya endirdiyi zərbədən sonra Qətərə həmrəylik nümayiş etdirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi Telegram kanalında məlumat verilib.
Bəyanatda qeyd olunur:
“Qətər Dövlətinin hökuməti və xalqı ilə həmrəylik göstəririk və onun suverenliyinin pozulmasının qəbuledilməz olduğunu vurğulayırıq.”
Nazirlik həmçinin Dohadakı sıx məskunlaşmış bölgəyə endirilən zərbəni qəbuledilməz adlandırıb. Məlumatda qeyd edilir ki, həmin ərazidə xüsusilə xarici diplomatik nümayəndəliklər yerləşir.