Avropa İttifaqı (Aİ) Vaşinqton öhdəliklərini yerinə yetirməsə, ABŞ-la ticarət sazişini müvəqqəti dayandıra bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə iqtisadiyyatdan məsul Aİ komissarı Maroş Şefçoviç məlumat verib.
“Qanun layihəmiz Aİ-nin tarif liberallaşdırmasını qismən və ya tamamilə dayandırmaq imkanını təmin edir, əgər ABŞ sazişin şərtlərinə əməl etməsə”, – deyə Şefçoviç bildirib.