Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə Rusiyaya səfər edəcək və Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırır.
NOCOMMENT.az bildirir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə deyib.
“Düşünürəm ki, belə bir görüş (Rusiya prezidenti ilə görüş – TASS-ın qeydi) nəzərdə tutulmasaydı, dövlət başçısı Moskvaya getməzdi. Dövlət başçısının səfəri istər rəsmi, istərsə də işgüzar görüş olmadan baş tuta bilməz”, – Simonyan jurnalistin sualını cavablandırıb.