Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İsrailin Qətər ərazisinə endirdiyi zərbələr Moskvanın Yaxın Şərqdə vəziyyətin sabitliyinin daha da pozulması ilə bağlı narahatlığını artırır.
NOCOMMENT.az bu barədə TASS-a istinadən xəbər verir.
“Biz bu aksiya ilə bağlı xəbəri dərin narahatlıqla qarşıladıq”, – XİN rəhbəri bildirib.
Diplomatın sözlərinə görə, İsrailin hərəkətləri beynəlxalq hüququ, xüsusən də BMT Nizamnaməsini pozur və Qətərin suverenliyinə təhlükə yaradır. O vurğulayıb ki, bu cür addımlar Yaxın Şərqdə vəziyyəti xeyli gərginləşdirə və yeni qeyri-sabitlik dalğasına səbəb ola bilər.
Sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri Dohada Fələstinin HƏMAS radikal hərəkatının rəhbərliyinə zərbələr endirib . İsrail ordusu həmçinin əmin edib ki, Qətərin paytaxtına zərbə endirməzdən əvvəl İsrail hərbçiləri mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər görüblər.