Qətər Qəzza münaqişəsinin həlli üçün vasitəçiliyi davam etdirəcəkbackend

Qətər Qəzza münaqişəsinin həlli üçün vasitəçiliyi davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər müxtəlif böhranların, o cümlədən Qəzza zolağında İsrail və Fələstinin Həmas hərəkatı arasındakı münaqişənin həllinə nail olmaq üçün vasitəçilik səylərini davam etdirmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bunu Qətərin xarici işlər üzrə dövlət naziri Sultan əl-Murayxi deyib.

Rusiya-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Strateji Dialoq iclasında çıxış edən əl-Mureyxi, “Qətər Fələstin probleminin ədalətli həllini dəstəkləməkdə sarsılmaz mövqeyini bir daha təsdiqləyir” dedi. “Danışıqlar zamanı HƏMAS-ın ofisinin yerləşdiyi Qətər İsrail tərəfindən hücuma məruz qalmasına baxmayaraq, Qətər HƏMAS və İsrail arasında baş verənlər kimi müxtəlif problemlərin və böhranların həlli üçün vasitəçilik səylərini davam etdirəcək”, o əlavə edib.