Robert Fiko: Enerji qiymətləri həll olunmadan yeni sanksiyalar gündəmə gəlməyəcəkbackend

Robert Fiko: Enerji qiymətləri həll olunmadan yeni sanksiyalar gündəmə gəlməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiya Avropada elektrik enerjisi qiymətləri ilə bağlı vəziyyətə dair Avropa Komissiyası həll yolu təklif etmədiyi təqdirdə Rusiyaya qarşı yeni sanksiya paketini dəstəkləməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko Bratislavada Avropa Şurasının rəhbəri ilə görüşdən sonra bəyan edib.

“Avropada elektrik enerjisi qiymətləri ilə bağlı real təkliflər irəli sürülməyincə, Rusiyaya qarşı heç bir yeni sanksiya paketini dəstəkləməyəcəyik”, – deyə Slovakiya hökumət başçısı bildirib.

Fitso vurğulayıb ki, Avropa İttifaqının reaksiya vermək və çıxış yolları tapmaq bacarığı Slovakiyanın gələcək antirusiya sanksiyalarına münasibətinə birbaşa təsir göstərəcək. O, həmçinin Ukraynadakı münaqişə ilə bağlı sülhməramlı səylərdə Aİ-nin daha fəal iştirakını zəruri sayıb.