Venesuela Prezidenti və Milli Bolivar Silahlı Qüvvələrinin (FANB) Ali Baş Komandanı Nikolas Maduro ölkənin müdafiə planını işə salıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə siyasətçi Venezolana de Televisión telekanalının efirində çıxışı zamanı məlumat verib.
“Bu gün, cümə axşamı, xalqı «Müstəqillik 200: fəal müqavimət və daim hücum» adlı planın başladılması barədə məlumatlandırırıq”, – deyə Maduro bəyan edib.
Dövlət başçısı silahlı qüvvələrin və xalq milisinin iştirakı ilə ölkənin hərtərəfli müdafiəsini təmin edəcək operativ tədbirlərin icrasına start verildiyini bildirib. O vurğulayıb ki, “kommunalar təşkil olunub və istənilən qeyri-adi şəraitdə bütün istiqamətlər üzrə tapşırıqları yerinə yetirməyə hazırdır”.
Maduro həmçinin qeyd edib ki, Venesuela öz gücü ilə əldə etdiyi sülhü qorumaqda qərarlıdır və “imperiya təhdidlərini sakitlik, cəsarət, dözümlülük və sarsılmaz inamla rədd edən venesuelalıların mütləq əksəriyyətinin vətənpərvərliyindən” məmnunluğunu ifadə edib.