Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın ölkəyə qarşı bəzi sanksiyaları aradan qaldırmasına görə təşəkkür edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.
“Amerikalılar bizə tətbiq olunan sanksiyaları aradan qaldırmağa başlayıblar, onlara bunun üçün təşəkkür edirəm, bu, işimizi asanlaşdıracaq”, – dövlət başçısı BMT-də Belarusun daimi nümayəndəsi Valentin Rıbakovla görüşündə bildirib.
Lukaşenko vurğulayıb ki, məhdudiyyətlər məsələsi əsas istiqamət olmasa da, iqtisadiyyata “təzyiq göstərdiyi üçün” mühüm əhəmiyyət daşıyır.