ABŞ Hindistanla ticarət mübahisələrini yalnız Rusiya neftinin dayandırılması şərti ilə həll edəcəkbackend

ABŞ Hindistanla ticarət mübahisələrini yalnız Rusiya neftinin dayandırılması şərti ilə həll edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hindistanla ticarət mübahisələrini yalnız Rusiya neftinin alınmasının dayandırılması şərti ilə həll etməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bunu CNBC telekanalına müsahibəsində ABŞ-ın ticarət naziri Hovard Lutnik deyib.

Rəsmi qeyd edib ki, Ukrayna münaqişəsindən əvvəl Hindistanın Rusiyadan idxal etdiyi neftin payı cəmi 1% təşkil edirdi, hazırda isə bu göstərici 40%-ə çatıb.

“Onlar nefti 7–10 dollar ucuz alır, emal edir və dünya bazarına satırlar. Prezident bunu yolverilməz sayır”, – deyə Latnik əlavə edib.

Paralel olaraq, ABŞ digər ölkələrlə ticarət sazişləri üzrə danışıqlar aparır. Nazir qeyd edib ki, Tayvanla saziş yaxın vaxtlarda başa çatmaq üzrədir, İsveçrə ilə danışıqlar davam edir, Cənubi Koreya ilə razılaşma əldə olunub, Yaponiya isə artıq öhdəliklərini yerinə yetirib.