Braziliya prezidenti ABŞ-ın təhdidlərinə cavab verdibackend

Braziliya prezidenti ABŞ-ın təhdidlərinə cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun məhkum edilməsindən sonra Braziliya ABŞ-ın mümkün sanksiyalarından qorxmur.

NOCOMMENT.az bildirir ki, bunu Braziliyanın hazırkı lideri Luiz İnasio Lula da Silva Band TV kanalına müsahibəsində deyib.

“Heç bir narahatçılıq yoxdur. Qorxmuram. Bir ölkənin prezidenti başqa bir suveren dövlətin qərarlarına qarışa bilməz. Əgər o, hər hansı addım atmaq qərarına gəlsə, bu, tək onun problemi olacaq”.

Onun sözlərinə görə, Bolsonaronun çevriliş planlaşdırdığına şübhə yoxdur. Lula da Silva qeyd edib ki, Bolsonaronun səlahiyyət müddəti ərzində ölkənin “[demokratik] təsisatlarını gözdən salıb”.

Bolsonaro daha əvvəl dövlət çevrilişi işində həbs cəzasına məhkum edilmişdi. Ali Federal Məhkəmə Bolsonaronu dövlət çevrilişinə cəhddə təqsirli bilib və 27 il 3 ay həbs cəzasına məhkum edib.