Yaponiya Boeing 737 həyəcanı: Yanğın siqnalı, təcili eniş, və xəsarət alanlarbackend

Yaponiya Boeing 737 həyəcanı: Yanğın siqnalı, təcili eniş, və xəsarət alanlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada Boeing 737 sərnişin təyyarəsi fövqəladə eniş edib, daha sonra yanğın ehtimalı ilə əlaqədar sərnişinlər və ekipaj təxliyə olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Hadisə Sakit okean üzərində uçuş zamanı baş verib. “United Airlines” şirkətinə məxsus, Narita (Tokio) hava limanından (Tokio) Sebu (Filippin) şəhərinə hərəkət edən reys marşrutunu dəyişərək, Osakanın yaxınlığındakı Kansay hava limanına enib. Eniş 12 sentyabr saat 19:00-da (yerli vaxtla) həyata keçirilib.

Fövqəladə vəziyyətə səbəb pilot kabinəsində yük bölməsində yanğın ehtimalına dair siqnalizasiya sisteminin işə düşməsi olub.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Avişirkət vurğulayıb ki, ilkin texniki yoxlama zamanı təyyarədə yanğın əlamətləri aşkarlanmayıb.