Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?backend

Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz icra hakimiyyəti başçısı Aşağı Quşçu yolunun üstündə böyük bağ sahələrini 2 milyon manata aldığı deyilir. Azərbaycanda vəzifədə olan məmuların mal-mülk, şirkətlər əldə etməsi artıq adi hala çevrilib. Qanunla vəzifə başında olan məmurun biznes fəaliyyəti qadağan olunmasına baxmayaraq, bu qanun hələdə kağız üzərində qalmaqdadır.

NOCOMMENT.az xalq.online-ya istinadən xəbər verir ki, Tovuz rayon icra başçısı Məmməd Məmmədov rayonda 130 hektar bağ sahəsini alıb. Rusiyada yaşayan məşhur tovuzlunun qohumuna məxsus 130 hektar torpaq sahəsi üçün icra başçısının 2 milyon manat pul ödədiyi iddia edilir. 130 hektarlıq münbit ərazinin böyük bir hissəsinin bağ sahələri olduğu bildirilir. Məlumata görə torpaq sahəsi icra başçısının ailə üzvülərindən birinin adına sənədləşdirilib.