“Financial Times”: ABŞ və Çin liderlərinin mümkün görüşü baş tutmaya bilərbackend

“Financial Times”: ABŞ və Çin liderlərinin mümkün görüşü baş tutmaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin planlaşdırılan görüşü pozulmaq təhlükəsi ilə üz-üzədir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

“Müdafiə naziri Pit Heqset və dövlət katibi Marko Rubio çinli həmkarları ilə danışıqlar aparıblar, bu isə prezidentlərin görüşü ilə bağlı şayiələrə səbəb olub. Lakin ABŞ-Çin ticarət danışıqlarında irəliləyişin olmaması Pekində sammitin keçirilməsi ehtimalını azaldıb”, – məlumatda bildirilib.

Qeyd olunur ki, Tramp və Cinpin hələ də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində görüşə bilərlər, lakin bu görüş daha az əhəmiyyətli olacaq. Əsas problem ondan ibarətdir ki, Vaşinqtonun fikrincə, Çin ABŞ-yə fentanil istehsalında istifadə olunan kimyəvi maddələri göndərməyə davam edir. Pekin isə, öz növbəsində, ABŞ-nin tətbiq etdiyi tariflərdən narahatdır.