“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi daha bir tenderində vergi borcu olan “AZTİKİNTİSERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, idarənin Qarasu “S” LR-100 nov kanalının (PK0+00-PK09+00, L=0,9 km) üzərindəki qurğularla birlikdə əsaslı təmiri işləri üçün şirkətlə 204.298 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir.
Əldə etdiyimiz digər məlumata görə, tender qalibi olan “AZTİKİNTİSERVİS” MMC-nin dövlət büdcəsinə hazırki borcu 17588.68 manat təşkil edir. Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Paşa Papaqçıyev Yusif oğludur.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, vergi borcu olan şirkətlərin tenderdə iştirakına icazə verilmir.
Xatırladaq ki, “Regional Su Meliorasiya Xidməti” publik hüquqi iyul atında “AZTİKİNTİSERVİS” MMC ilə 2 tender müqaviləsi imzalayıb. Hənin vaxrt şirkətin borcu 82.970,62 AZn təşkil edirdi.
Qeyd edək ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.
Xatırladaq ki, Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.
Bir neçə gün öncə yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı ilə bağlı problemlərin artdığı qeyd edilmişdi. İndi isə həmin problemlərlə bağlı elan edilən tenderin qalibinin dövlətə borclu şirkət olması əlavə suallar doğurur.