Ukrayna Avropaya dronları effektiv şəkildə vurmağı öyrətməyə hazırdırbackend

Ukrayna Avropaya dronları effektiv şəkildə vurmağı öyrətməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Avropa tərəfdaşları ilə dronları effektiv şəkildə vurmaqla bağlı öz təcrübəsini paylaşmağa hazırdır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Hava Qüvvələri Komandanlığının Kommunikasiya İdarəsinin rəhbəri Yuriy İqnat bildirib.

İqnat Polşa səmasında döyüş başlığı olmayan Rusiyanın “Gerber” dronlarının vurulması üsullarını şərh edib. O deyib ki, qırıcı təyyarələr üçün belə dronlar çətin hədəflərdir.

“İki döyüş təyyarəsi 40 dəqiqədən çox heç nə edə bilmədi. Cəhd etdilər, amma çox vaxt itirdilər”, – o əlavə edib.

Ukraynanın dronlarla mübarizədə zəngin təcrübəyə malik olduğunu qeyd edən İqnat Ukraynada Rusiyanın hava hücumları zamanı vəziyyətə uyğun olaraq müxtəlif vasitələrdən – mobil atəş qrupları, aviasiya, dron-interseptorlar, radioelektron mübarizə və s. üsullardan istifadə olunduğunu qeyd edib.

İqnat vurğulayıb ki, Ukrayna Avropa müttəfiqlərinə dronları vurmağı öyrətmək üçün mütəxəssislərini təqdim etməyə hazırdır və bu təlimlər istənilən yerdə – Lvovda, Krakovda və ya başqa yerdə keçirilə bilər.