BMT: Qəzzada öldürülən fələstinlilərin real sayı rəsmi rəqəmlərdən 10 dəfə çoxdurbackend

BMT: Qəzzada öldürülən fələstinlilərin real sayı rəsmi rəqəmlərdən 10 dəfə çoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrailin zərbələri nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin real sayı 65 min nəfər olaraq göstərilən rəsmi statistikadan 10 dəfə çoxdur və ən azı 680 min nəfərdir”.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albaneze bildirib.

“Qəzzada öldürülən fələstinlilərin sayı 65 min nəfərdir və onların da 75%-dən çoxu qadın və uşaqlardır. Əslində, 680 min rəqəmi üzərində düşünməliyik. Çünki bu, bəzi alim və tədqiqatçıların Qəzzada real ölənlərin sayı olduğuna inandıqları rəqəmdir”, – o deyib.

Albaneze qeyd edib ki, xüsusən də müstəntiqlərə və başqalarına Fələstin ərazisinə giriş qadağan edilsə bu rəqəmi sübut etmək və ya təkzib etmək çətin olacaq.

O həmçinin bildirib ki, əgər bu rəqəm təsdiqlənərsə, onların 380 mini 5 yaşadək uşaqlar olacaq.