Ərəb və islam ölkələri İsrailin BMT-yə üzvlüyünün dondurulmasına nail olmaq üçün koordinasiyalı şəkildə səy göstərməyə çağırır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu haqda Qətərin paytaxtı Dohada keçirilən sammitin yekunları üzrə təsdiq edilmiş bəyannamədə deyilir.
Sammit iştirakçılarının təsdiqlədiyi yekun sənədə əsasən, sammit zamanı İsrailin BMT-yə üzvlüyünün dondurulmasına yönəlmiş səylərin əlaqələndirilməsi barədə qərar qəbul edilib.