İsrail müxalifət lideri Qəzzaya hücumu tənqid edərək, bunu mənasız adlandırırbackend

İsrail müxalifət lideri Qəzzaya hücumu tənqid edərək, bunu mənasız adlandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail parlament müxalifətinin lideri, Yeş Atid partiyasının rəhbəri Yair Lapid İsrail ordusunun Qəzza şəhərinə yeni genişmiqyaslı hücumunu sərt şəkildə tənqid edib.

NOCOMMENT.az bildirir ki, onun fikrincə, əməliyyat məqsədsiz görünür və yalnız İsrailin dünya səhnəsində qeyri-müəyyən mövqeyini pisləşdirir.

“Dünyada heç kim İsrailin nə istədiyini başa düşmür. Strategiya nədir? Son mənzərə necədir? Biz qaçırılanları necə geri qaytarırıq? Müharibəyə necə son qoyuruq?” Lapid Ynet-ə müsahibəsində deyib.

Müxalifət lideri bildirib ki, Qəzzaya hücum qərarı verən İsrailin baş naziri Benyamin Netanyahu “həvəskar, səliqəsiz və təkəbbürlü davranır”. “Və sonra o [Netanyahu] [İsrailin] beynəlxalq təcrid olduğunu qışqırır”, – Lapid qeyd edib.

2022-ci ilin iyulundan dekabr ayına kimi baş nazir vəzifəsini icra edən müxalif siyasətçi İsrailin Qəzzada hərbi strategiyasından danışarkən qeyd edib ki, “əməliyyat başlayıb, amma bunun necə bitəcəyini heç kim bilmir”. “Ən mühafizəkar hesablamalara görə, bu, 2026-cı ilə qədər davam edəcək. Onların planı nədir? Biz Qəzzada əbədi vuruşacağıqmı? Bunun heç bir mənası yoxdur. İşlədiyim bütün illər ərzində heç vaxt siyasi məqsədi olmayan hərbi əməliyyat eşitməmişəm”, – o deyib.

Çərşənbə axşamı günü Netanyahu ordunun Qəzza şəhərinə planlı iri quru hücumuna başladığını təsdiqlədi. Məqsəd şəhər üzərində tam nəzarəti bərqərar etmək və Fələstinin radikal HƏMAS hərəkatının qalan silahlı birləşmələrini məğlub etməkdir.

Ordunun hücum planları avqustun sonunda Netanyahu tərəfindən təsdiqlənib. Hücumdan əvvəl Axios bildirdi ki, ABŞ prezidenti Donald Trampın administrasiyası “İsrailin yolunda dayanmaq niyyətində deyil və ona münaqişə ilə bağlı öz qərarlarını verməyə imkan verəcək”. Portalın mənbələri qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubio İsrailin baş naziri Benyamin Netanyahuya Vaşinqtonun “quru əməliyyatı dəstəklədiyini, lakin onun tez bir zamanda həyata keçirilməsini və mümkün qədər tez başa çatdırılmasını gözləyir” deyib.