Finlandiyada sərhəd yaxınlığındakı Rusiya şəhərlərinə işarə edən yol nişanlarının dəyişdirilməsi yüz minlərlə avroya başa gələcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Finlandiyanın Nəqliyyat İnfrastruktur Agentliyinin nümayəndəsi Tuomas Estermana istinadən Yle teleradio şirkəti məlumat yayıb.
O diqqətə çatdırıb ki, Finlandiyada Murmansk, Sortavala, Sankt-Peterburq və digər Rusiya şəhərlərinə işarə edən yüzlərlə nişan mövcuddur.
“Onları yeniləmək çox baha başa gələcək”, – Esterman bildirib.
Yle qeyd edir ki, yol nişanlarının dəyişdirilməsi məsələsi hələ müzakirə edilməyib, çünki Rusiya ilə sərhədin bağlanması müvəqqəti tədbir hesab olunur. Lakin əgər sərhəd keçid məntəqələri daimi olaraq bağlansa, göstəricilərin yenilənməsi məsələsi yenidən nəzərdən keçirilə bilər.