Avropa Komissiyası Assosiasiya Sazişinə əsasən, Avropa İttifaqına ixrac edilən İsrail mallarının 37%-nə şamil edilən gömrük rüsumlarından azad olunmasını ləğv etməyi təklif edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Euronews telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, İsrailə qarşı tədbirlərdən biri Assosiasiya Sazişinin ticarət hissəsinin dayandırılmasıdır.
Kallas vurğulayıb ki, keçən il Avropa İttifaqı ilə İsrail arasında ticarət dövriyyəsi 42,6 milyard avro təşkil edib.
“Bu, əhəmiyyətli məbləğdir. Güzəştli rejimdən bu ticarətin 37%-i yararlanır. Bu addım İsrailə baha başa gələcək”, – deyə o əlavə edib.