Varşavada dron uçuran Ukrayna vətəndaşı deportasiya ediləcəkbackend

Varşavada dron uçuran Ukrayna vətəndaşı deportasiya ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa hakimiyyəti Varşavada Prezidentin iqamətgahlarından biri olan Belveder sarayı üzərində dron uçuran Ukrayna vətəndaşını deportasiya edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli RMF 24 radiostansiyası məlumat yayıb.

Məlumata görə, Ukrayna vətəndaşına Varşavadakı prezident iqamətgahı və hökumət binaları üzərində dron idarə etdiyinə görə Aviasiya Qanununun pozulmasında ittihamlar irəli sürülüb.

Prokurorluq 21 yaşlı şəxsin ölkədən çıxarılması üçün Sərhəd Xidmətinə müraciət göndərib və deportasiya qərarı qəbul olunub. Ukraynalı sərhəd keçid məntəqəsinə aparılacaq və orada ölkəni tərk edəcək.