Ukrayna ərazisində Milli Elektron Kommunikasiya Şəbəkələrinin Operativ-Texniki İdarəetmə Mərkəzi tərəfindən Macarıstan, Yunanıstan, Rumıniya və Moldova mənşəli 10-dan çox sayt bloklanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Saytlara giriş Ukrayna Təhlükəsizlik Xidmətinin müraciətindən sonra bağlanıb.
Bloklanmış resurslar arasında Macarıstan, Rumıniya və Moldova xəbər saytları – o cümlədən Pravda Romania, Sputnik Moldova-România, News Front, Flux24 – yer alıb.
Bundan əlavə, Yunanıstan Kommunist Partiyasının informasiya saytı və Moldova Respublikası Kommunist Partiyasının rəsmi saytı da bloklanıb. Bloklanma səbəbləri dəqiq göstərilməyib.
Lakin Ukraynanın informasiya resurslarında qeyd olunur ki, saytlara giriş onların Ukrayna və Qərbə qarşı tənqidi məqalələr dərc etməsi səbəbindən məhdudlaşdırılmış ola bilər.