6 mühafizəçi ilə 12 aylıq təhlükəsizlik kifayət edəcəkmibackend

6 mühafizəçi ilə 12 aylıq təhlükəsizlik kifayət edəcəkmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Turizm və Menecment Universiteti mühafizə xidmətinin satın alınması üçün elan yayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, xidmətin ehtimal olunan qiyməti 66.056,40 AZN təşkil edir. Satınalma çərçivəsində universitetin giriş qapılarının mühafizəsi, professor-müəllim heyəti, tələbələr və qonaqların təhlükəsizliyinin təmin olunması, ərazinin perimetr boyu nəzarət və kənar şəxslərin girişinin qarşısının alınması nəzərdə tutulur. Xidmət müddəti üçün 6 nəfər mühafizəçi təyin olunacaq və xidmət 12 ay ərzində göstəriləcək.

Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovdur.