Ucuz avtomobillər satışa çıxarıldı – 1500 manatdan başlayır…backend

Ucuz avtomobillər satışa çıxarıldı – 1500 manatdan başlayır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) növbəti nəqliyyat vasitələrinin hərracını keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, ümumilikdə 15 avtomobil satışa çıxarılacaq.

Belə ki, hərracda ən yüksək qiymətə təklif edilən nəqliyyat vasitəsi Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə məxsus Mercedes-Benz E240 markalı minik avtomobilidir. Onun start qiyməti 8850 manat müəyyən olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə hərraca 10 ədəd Chevrolet Niva 2123 minik avtomobili çıxarıb. Bu avtomobillərin qiymətləri 3 780 manat ilə 4 410 manat arasında dəyişir.

Daha bir qurumun – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə aid iki avtomobili də satışdadır. Bunlar 5100 manatla VAZ-2131 minik avtomobili və 2 100 manatla satışda olan QAZ-3307 yük avtomobilidir.

Bundan başqa, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus QAZ-3307 yük avtomobili 1500 manata, Ağdam Rayon İcra Hakimiyyətinə aid Chevrolet Niva minik avtomobili isə 7 020 manata hərraca çıxarılıb.

Hərrac 13 noyabr 2025-ci il, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcək.

Qeyd edək ki, satışa çıxarılan avtomobillərin bir qismi artıq dəfələrlə hərracda olub.\\Valyuta.az