Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya ilə yüzillik tərəfdaşlıq haqqında sazişin ratifikasiyası barədə qanunu təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report” Ukrayna KİV-lərinə istinadən məlumat yayıb.
Ali Rada onun ratifikasiyasına 17 sentyabrda səs verib.
Sənəd təhlükəsizlik, müdafiə, iqtisadiyyat, elm, texnologiya və mədəni əlaqələri əhatə edən ikitərəfli əməkdaşlığın yeni uzunmüddətli çərçivəsini təsbit edir.