AFP: İsrail və Suriya ilin sonuna qədər təhlükəsizlik razılaşması əldə edəcəklərbackend

AFP: İsrail və Suriya ilin sonuna qədər təhlükəsizlik razılaşması əldə edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və Suriya 2025-ci ilin sonuna kimi bir sıra hərbi sazişlər imzalayacaq.

NOCOMMENT.az bildirir ki, bu barədə Agence France-Presse (AFP) Suriya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“İsraillə danışıqlarda irəliləyiş əldə edilir. İlin sonuna kimi bir sıra razılaşmalar əldə olunacaq, ilk növbədə hərbi və təhlükəsizlik sahəsində”, – mənbə bildirib.

Agentliyin mənbəsi qeyd edib ki, tərəflər “Suriyadakı döyüşlərə son qoyacaq razılaşma” əldə etmək istəyirlər.

Sentyabrın 17-də Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani və İsrailin strateji planlaşdırma naziri Ron Dermer ABŞ-ın himayəsi altında Londonda danışıqlar aparıblar. Suriya TV-nin məlumatına görə , tərəflər Colan təpələrində İsrail və Suriya qüvvələrinin döyüşdən çıxarılmasına dair 1974-cü il müqaviləsini əvəz edəcək yeni təhlükəsizlik sazişi layihəsini müzakirə ediblər. Beş saat davam edən görüşdə vasitəçi kimi fəaliyyət göstərən ABŞ-ın xüsusi nümayəndəsi Tom Barak iştirak edib.

Bundan əvvəl Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd əl-Şaraa bəyan etmişdi ki, təhlükəsizlik tədbirləri hazırlamaq üçün İsraillə təmaslar yaxın günlərdə nəticə verə bilər. O, həmçinin BMT müşahidəçilərinin Colan təpələrinə qaytarılmasını tələb edib. O əlavə edib ki, İsrail Suriyanın ərazi bütövlüyünə hörmət etməli və onun hava məkanını pozmamalıdır.

Livanın “ Əl Nahar” qəzetinin məlumatına görə, İsrail tərəfi 1979-cu ildə imzalanmış Misir-İsrail sülh müqaviləsi əsasında sənəd layihəsi hazırlayıb.İsrail Dəməşqin cənub-qərbində İsrail sərhədindən məsafədən asılı olaraq müxtəlif təhlükəsizlik rejimləri ilə üç silahsızlaşdırılmış zonanın yaradılmasında israrlıdır. Suriyaya orada polis qüvvələrini yerləşdirməyə icazə veriləcək, lakin bu zonalar üzərindən hava uçuşları qadağan ediləcək. İsrail də öz növbəsində Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra qüvvələrinin 2024-cü ilin dekabrında işğal etdiyi Hermon dağına (Cəbəl əl-Şeyx) nəzarəti əlində saxlayacaq.