Ankarada Ərdoğan və Abbas arasında qapalı formatda danışıqlarbackend

Ankarada Ərdoğan və Abbas arasında qapalı formatda danışıqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin rəhbəri Mahmud Abbasla danışıqlar aparıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Anadolu dövlət agentliyi məlumat yayıb.

“Türkiyə lideri Abbası Ankaradakı Prezident kompleksinin girişində qarşıladı. Ərdoğan və Abbas Türkiyə və Fələstin dövlət bayraqları fonunda pilləkənlərdə birgə foto çəkdirdilər”, – deyə nəşr qeyd edib.

Rəsmi qarşılama mərasimindən sonra tərəflər qapalı formatda danışıqlara keçiblər. Agentliyin məlumatına görə, görüşdə iştirak edənlər arasında Türkiyənin xarici işlər naziri Hakan Fidan da olub.