İran “Avropa üçlüyü”nə plan təqdim edibbackend

İran “Avropa üçlüyü”nə plan təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran “Avropa üçlüyü”nə (Fransa, Almaniya və Böyük Britaniya) və Avropa İttifaqına böhranın qarşısını almaq üçün plan təqdim edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bildirib.

“Lakin bu planın mahiyyəti ilə bağlı qarşı tərəfdən ciddi bir dialoqla deyil, bəhanələrlə və məsuliyyətdən yayınma ilə üzləşdik. Hətta bəzi absurd iddialar irəli sürülüb. Məsələn, guya Xarici İşlər Nazirliyi İranın bütün siyasi sistemini təmsil etmir”, – nazir “X” hesabında yazıb.

XİN rəhbərinin sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları diplomatik yolla həll edilməli və BMT Təhlükəsizlik Şurası (TŞ) bu məsələyə müdaxilə etməlidir.

O əlavə edib ki, İran artıq böhranın qarşısını almaq üçün addımlar atıb, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq sazişi imzalayıb və qarşılıqlı faydalı həll yolları təklif edib.

Nazir diqqətə çatdırıb ki, İran vəziyyətin həllində tək cavabdeh ola bilməz.

Qeyd edək ki, “Avropa üçlüyü” Tehrana ABŞ-la danışıqlara başlamaq, nüvə fəaliyyətlərini dayandırmaq və zənginləşdirilmiş uran barədə məlumat verməyə dair şərtləri 30 gün ərzində yerinə yetirmək üçün vaxt verib. Əks halda “snapback” mexanizmi işə düşəcək və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi yenidən qüvvəyə minəcək.