BMT İrana qarşı sanksiyaları 28 sentyabrda tətbiq edə bilərbackend

BMT İrana qarşı sanksiyaları 28 sentyabrda tətbiq edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların bərpası ilə bağlı qətnaməni rədd etdikdən sonra, sanksiyalar 28 sentyabr tarixində tətbiq oluna bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a BMT-də fəaliyyət göstərən diplomatik mənbə məlumat verib.

“Qətnamə qəbul edilmədiyindən, İrana qarşı BMT sanksiyaları 30 günlük müddətin bitməsindən sonra, yəni 28 sentyabrda tətbiq oluna bilər”, – mənbə bildirib.

Diplomatik mənbə əlavə edib ki, Birgə Hərtərəfli Fəaliyyət Planının müddətinin uzadılması ilə bağlı danışıqlar gələn həftə, o cümlədən BMT Baş Assambleyasının yüksək səviyyəli iclası zamanı davam etdirilə bilər. Mənbə xatırladıb ki, iclas növbəti həftə Nyu-Yorkda keçiriləcək.