Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Gürcüstana səfəri bu dövlətin Gürcüstana marağını nümayiş etdirir.
NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstan Baş Naziri İrakli Kobaxidze bildirib.
“Biz ilk dəfə BƏƏ Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edirik və bu, bizim üçün böyük şərəfdir. Sizin Gürcüstana səfəriniz ölkəmizə marağınızın göstəricisidir və biz bunu yüksək qiymətləndiririk”, – deyə Baş Nazir bildirib.
Tərəflər daha çox birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, BƏƏ Prezidenti Əmirliklərin Qafqaz ölkələri ilə əməkdaşlığını regionda sabitliyin təminatçısı adlandırıb.