Ukraynanın əhalisi 29 milyondan aşağı düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Ukrayna Milli Xəbərləri” nəşri Dövlət Miqrasiya Xidmətinə istinadla məlumat yayıb.
“2025-ci il üzrə öz yaşayış yerləri haqqında rəsmi məlumat təqdim edən şəxslərin ümumi sayı 28,7 milyon təşkil edir”, – məlumatda qeyd olunur.
Bundan əlavə, nəşr ölkədə 3,7 milyon rəsmi qeydiyyatdan keçmiş daxili köçkün olduğunu bildirir.
İyul ayında Ukraynanın UNIAN agentliyi Sosial Siyasət Nazirliyinə istinadla ölkədə əmək qabiliyyətli əhalinin sayının kəskin azaldığını xəbər vermişdi. 2021-ci illə müqayisədə bu göstərici 40% azalıb.