Tramp: Bir sıra vacib məsələlərdə nailiyyət əldə edilibbackend

Tramp: Bir sıra vacib məsələlərdə nailiyyət əldə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikasının Prezidenti Si Cinpin ilə telefon danışığından sonra Ukrayna məsələsinin həlli ilə bağlı müəyyən irəliləyiş əldə olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün TruthSocial adlı sosial media hesabında bildirib.

“Biz bir sıra vacib məsələlərdə irəliləyiş əldə etdik, o cümlədən ticarət, fentanil, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması və TikTok ilə bağlı razılaşmanın təsdiqi”, – Tramp qeyd edib.

ABŞ Prezidenti söhbəti məhsuldar adlandırıb və bunun Si Cinpin ilə son telefon danışığı olmayacağını vəd edib.