“Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” Publik Hüquqi Şəxsi tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə digital rentgen və flüoroqrafiya avadanlıqlarının satın alınması üçün tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 4 milyon 42 min 814,17 manat təşkil edir.
Müqaviləyə əsasən, 7 ədəd digital rentgen sistemi və 7 ədəd flüoroqrafiya avadanlığı alınacaq. Təqdim ediləcək cihazların yüksək texniki göstəricilərə malik olması, o cümlədən avtomatik izləmə, aşağı doza texnologiyası, müasir radioloji proqram təminatı və təhlükəsizlik sistemləri ilə təchiz olunması tələb olunur.