İqor Yuşkov: Avropa qaz tədarükünün azalmasından təsirlənəcəkbackend

İqor Yuşkov: Avropa qaz tədarükünün azalmasından təsirlənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti İqor Yuşkov RT-yə verdiyi müsahibədə Avropa İttifaqının (Aİ) Rusiya mayeləşdirilmiş təbii qazından (LNG) imtina etmək niyyətini şərh edib.

NOCOMMENT.az xəbər verir ki, onun fikrincə, belə qərardan ilk növbədə Aİ üzvləri zərər görəcək.

“LNG tədarükünün azalması birjada qiymətlərin yüksəlməsinə səbəb olacaq. Təxminən bütün kontraktlar birja indeksasiyasına əsaslanır. Hətta Norveçdən gələn boru kəməri qazını da alarkən qiymət birja dəyərinə bağlıdır. Ona görə də dolayı yolla bütün Avropa ölkələri hər halda zərər çəkəcək”, – ekspert izah edib.

Eyni zamanda, o bildirib ki, Aİ-nin yeni məhdudiyyətləri Rusiya büdcəsinin gəlirlərinə heç bir təsir göstərməyəcək.