Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, İraqın terrorçuluqla mübarizə xidmətinin xarici əməliyyatlar bölməsi bununla bağlı məlumat yayıb.
Terrorçunun adının Ömər Əbdül Qadir Bəssam olduğu bildirilib.
Sözügedən şəxs xarici ölkələrdə həyata keçirilən hücumlara, o cümlədən İranın Livandakı səfirliyinə təşkil edilən hücuma rəhbərlik edib.
Bəssamın Avropa və ABŞ-da da terror əməliyyatları planlaşdırdığı qeyd edilib.