20500 manata veb sayt yaratmaq istəyi “puç” oldubackend

20500 manata veb sayt yaratmaq istəyi “puç” oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriya” Publik Hüquqi Şəxsi tərəfindən elan edilən veb saytın yaradılması və sosial şəbəkələr üçün SMM xidmətlərinin satın alınması müsabiqəsi ləğv olunub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, layihənin ehtimal olunan qiyməti 20 min 500 manat təşkil edirdi.

Ləğv edilməyə səbəb kimi müsabiqədə iştirak üçün tələb olunan sayda (ən azı üç) təchizatçının müraciət etməməsi göstərilib. Qanunvericiliyə əsasən, təklif təqdim edən şirkətlərin sayı bu həddi aşmadığı halda satınalma baş tutmuş hesab edilmir.

Qeyd edək ki, “Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriya”nın direktoru Mətanət Axundovadır.