AK sədri: Avropa İttifaqı rüsumlar məsələsində öz maraqlarından çıxış edəcəkbackend

AK sədri: Avropa İttifaqı rüsumlar məsələsində öz maraqlarından çıxış edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Amerika lideri Donald Trampın təklifinə əsaslanaraq Hindistan və Çin üçün avtomatik olaraq 100 faizlik rüsumlar tətbiq etmək niyyətində deyil.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Belçikanın “Soir” qəzetinə müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

“Aİ öz qərarlarını qəbul edəcək. Bu xahiş prezidentin (Trampın – red.) Rusiyaya təzyiqi artırmaq istəyi ilə bağlıdır… Biz bilirik ki, daha da mürəkkəbləşən geosiyasi vəziyyətdə ümumi maraqlara əsaslanan tərəfdaşlığımızı gücləndirməliyik”, – deyə o qeyd edib.

Avropa Komissiyasının sədri izah edib ki, Hindistanın Hind-Sakit okean regionunda təhlükəsizliyin təmin edilməsində artan rolunu nəzərə alaraq Aİ-nin bu ölkə ilə daha sıx əməkdaşlığı hər zamankından daha vacibdir.

“Məhz buna görə biz Aİ-Hindistan yeni strateji gündəliyini elan etdik ki, bunun da prioritetlərindən biri qarşılıqlı müdafiə və təhlükəsizliyimizin gücləndirilməsi olacaq. Biz 2025-ci ilin sonuna qədər hər iki tərəfin müəssisələrinə fayda gətirəcək yeni azad ticarət sazişi bağlamaq niyyətindəyik. Nəticədə bu saziş və digər oxşar sazişlər məqsədlərimizə çatmağa imkan verməklə geosiyasi mövqelərimizi gücləndirir”, – deyə AK rəhbəri vurğulayıb.