“Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları turizmə təsir edə bilər”backend

“Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları turizmə təsir edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının (AK) Rusiyaya qarşı irəli sürdüyü yeni sanksiyalara turizmlə bağlı məhdudiyyətlər daxildir.

NOCOMMENT.az bildirir ki,  bu barədə AŞ-nin 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı təkliflərinə istinadən EUObserver məlumat yayıb.

“Rusiyada birbaşa turizmlə bağlı xidmətlərin göstərilməsi qadağan olunacaq”, – portal sənəddən sitat gətirir. Sözügedən xidmətlər konkret göstərilmir.

EUObserver onu da xatırladır ki, 2024-cü ildə Aİ ruslara 552 min Şengen turist vizası verib ki, bu da 2023-cü illə müqayisədə 10% çoxdur.

2014-cü ildə Aİ Krımda turizm xidmətlərinin göstərilməsinə qadağa qoyub.

Sentyabrın 19-da Avropa Komissiyasının sədri Ursula fon der Leyen AK-nin 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. Bunlara, digər məsələlərlə yanaşı, 2027-ci ilin yanvarından etibarən Rusiyanın LNG-nin Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyuta və banklara qarşı tədbirlər daxildir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə departamentinin direktoru Vladislav Maslennikov “İzvestiya” qəzetinə müsahibəsində bildirmişdi ki, Aİ-nin 19-cu sanksiyalar paketi ilə bağlı təklifləri icmanın sanksiyalar siyasətinin potensialını tükəndiyini nümayiş etdirir.