Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh gündəmini müzakirə ediblərbackend

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh gündəmini müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və onun azərbaycanlı həmkarı Ceyhun Bayramov Nyu-Yorkda keçirilən görüşdə iki ölkə arasında sülh gündəmini müzakirə edib və dialoqu davam etdirmək qərarına gəliblər.

NOCOMMENT.az bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti xəbər verir.

“Bu il avqustun 8-də Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəliləyişinə dair mümkün gələcək addımlar barədə fikir mübadiləsi aparıblar. Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər”, – mətndə deyilir.

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda sülh sazişini paraflayıblar.