The Guardian: Tramp İsrailin qərb sahilində suverenliyini tanıya bilərbackend

The Guardian: Tramp İsrailin qərb sahilində suverenliyini tanıya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp İordan çayının qərb sahilində işğal olunmuş fələstin torpaqları üzərində İsrailin suverenliyini tanıya bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın The Guardian qəzeti hökumət mənbələrinə istinadla xəbər yayıb.

Məlumata görə, “ABŞ Prezidenti bu regiondakı israilli icmaların rəsmi tanınması imkanını nəzərdən keçirir ki, bu da iki dövlətli həll yoluna ciddi zərbə olacaq”.

Nəşrin məlumatında qeyd edilir ki, Tramp bu mövzunu 23 sentyabr, çərşənbə axşamı Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı qaldıra bilər. Məqaləyə əsasən, bu addımlar bir sıra ölkələrin Fələstinin suverenliyini tanıması ilə bağlı qərarları ilə əlaqədar ola bilər.